Bakı.Trend:
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyanın azad etdiyi keçmiş dəniz piyadası Robert Gilmanla birlikdə çəkdirdiyi fotonu X sosial şəbəkəsində yayımlayıb.
“Amerika vətəndaşının ailəsinə və vətəninə qayıtmasına həsr olunmuş xüsusi axşam”, – deyə Uitkoff təyyarənin göyərtəsində Gilman və onun anası ilə birlikdə çəkdirdiyi fotoya şərh yazıb.
Avqustun 12-də Uitkoff Rusiyanın prezidenti Vladimir Putinə Gilmanın “humanitar səbəblərdən” azad edilməsinə görə təşəkkür edib.
Robert Gilman Rusiyada 10 il müddətinə azadlıqdan məhrum edilmişdi və ciddi rejimli koloniyada cəza çəkirdi. O, ilk dəfə 2022-ci ildə Voronej dəmiryol vağzalında polis əməkdaşına hücum etdiyinə görə 4,5 il müddətinə həbs cəzası almışdı. Gilman sərxoş vəziyyətdə asayişi pozduğuna görə qatardan düşürüldükdən sonra polis əməkdaşına hücum etmişdi. Daha sonra Federal Penitensiar Xidmətin (FSİN) əməkdaşları ilə əlbəyaxa davalardan sonra keçmiş dəniz piyadasının cəzası 10 il müddətinə qədər sərtləşdirilmişdi.
