ABŞ Energetika Nazirliyi “Brent” neftinin 2026-cı il üzrə qiymət proqnozunu artırıb

İqtisadiyyat Materials 11 Avqust 2026 23:47 (UTC +04:00)
ABŞ Energetika Nazirliyi “Brent” neftinin 2026-cı il üzrə qiymət proqnozunu artırıb

Bakı. Trend:

ABŞ Energetika Nazirliyi 2026-cı ildə “Brent” markalı neftin orta qiyməti ilə bağlı proqnozunu 6 faiz artıraraq bir barel üçün 86,81 dollara çatdırıb. Əvvəlki proqnozda bu göstərici 81,91 dollar təşkil edirdi.

Bu barədə nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında bildirilib.

Qeyd olunub ki, neft tədarükünün Hörmüz boğazından keçməklə azalması yaxın aylarda dünya üzrə neft ehtiyatlarını daha da azaldacaq və neft qiymətlərinin avqustun ilk həftələrində müşahidə olunan səviyyələrə yaxın qalmasına səbəb olacaq.

Nazirlik həmçinin 2026-cı ilin üçüncü rübündə “Brent” markalı neftin orta spot qiymətinin təxminən 85 dollar/barel təşkil edəcəyini proqnozlaşdırır.

“Ehtiyatlar bərpa olunduqca və hasilatın böyük hissəsinin 2027-ci ilin əvvəlinə qədər bərpa olunacağı gözlənildiyindən, ‘Brent’ markalı neftin spot qiymətinin 2027-ci ildə tədricən orta hesabla 69 dollar/barelə qədər enəcəyini gözləyirik”, - deyə idarədən bildirilib.

ABŞ Energetika Nazirliyinin proqnozuna görə, 2027-ci ildə “Brent” markalı neftin orta qiyməti bir barel üçün 69,39 dollar təşkil edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti