Rusiya və Qırğızıstan birgə hərbi təlimlər keçirir

Dünya xəbərləri Materials 11 Avqust 2026 16:34 (UTC +04:00)
Rusiya herbçiler
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İssık-Kul gölünün sahilində yerləşən Balıkçı şəhərində Qırğızıstan və Rusiyanın birgə taktiki təlimi start götürüb.

Açılışda təlim rəhbəri Rusiya Silahlı Qüvvələrinin hərbi kontingentinin başçısı - polkovnik Kojoşev, 201 saylı hərbi bazanın qvardiya komandir müavini Lakeyev və şəhər meriyasının aparat rəhbəri Kukeyeva iştirak ediblər.

Təlimlərə 500-dək hərbçi, 100-dək silah və hərbi texnika vahidi, döyüş FPV-dronları, həmçinin ordu aviasiyası cəlb olunub.

Birgə taktiki təlim iki ölkənin müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində avqustun 11-dən 17-dək keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti