İsveç fasiləsiz sursat təchizatını təmin etmək üçün 52,5 milyon dollar xərcləyəcək

Dünya xəbərləri Materials 12 Avqust 2026 01:01 (UTC +04:00)
İsveç fasiləsiz sursat təchizatını təmin etmək üçün 52,5 milyon dollar xərcləyəcək

Bakı. Trend:

İsveç hökuməti sursat təchizatının təhlükəsizliyini gücləndirmək üçün 500 milyon kron (52,5 milyon dollar) ayırmaq qərarına gəlib.

Bu barədə hökumətin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.

"İsveç üçün bütün hazırlıq səviyyələrində sursatın mövcudluğu vacib təhlükəsizlik amilidir. İsveç həm müstəqil, həm də digər Skandinaviya ölkələri ilə əməkdaşlıq edərək sülh dövründə, böhranlar zamanı və müharibə zamanı etibarlı və davamlı sursat təchizatını təmin etməlidir. Bu investisiyalar ümumi istehsal gücünü məhdudlaşdıran təchizat zəncirindəki maneələri aradan qaldırmağa kömək edir", - deyə İsveç müdafiə naziri Pol Yonson bildirib.

Sənəddə qeyd olunub ki, bu addım, Avropanın müdafiə sənayesini gücləndirmək və modernləşdirmək, istehsal gücünü artırmaq və qabaqcıl texnologiyaların, dayanıqlığın və AB ölkələrinə hərbi texnikanın etibarlı tədarükünün təmin edilməsi məqsədi daşıyan Avropa Müdafiə Sənayesinin İnkişaf Proqramı (EDIP) çərçivəsində istehsal gücünün artırılması tədbirlərinə investisiya qoyuluşları üçün şirkətlərin Aİ fondlarına müraciətlərinin dövlət tərəfindən birgə maliyyələşdirilməsi imkanını nəzərdə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti