Kolumbiyada zəlzələ qurbanlarının sayı 169 nəfərə çatıb

Dünya xəbərləri Materials 11 Avqust 2026 16:17 (UTC +04:00)
Kolumbiyada zəlzələ qurbanlarının sayı 169 nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Kolumbiyada avqustun 10-da baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin satı 169 nəfərə çatıb.

Bu barədə “BluRadio” radiostansiyası məlumat yayıb.

Bundan əvvəl 132 nəfərin öldüyü, 570 nəfərin yaralandığı bildirilirdi.

Ən çox ölüm halı Kali və Pereyra şəhərlərində qeydə alınıb. Ölkədə axtarış-xilasetmə işlərinin sutka ərzində fasiləsiz davam etdirildiyi bildirilib.

Qeyd edək ki, 7,4 maqnitudalı zəlzələnin episentri Çoko departamentinin San-Xose-del-Palmar bələdiyyəsində yerləşib.

Yeraltı təkanlar paytaxt Boqotada, eləcə də Pereyra və Manizales şəhərlərində hiss olunub. Çoxsaylı evlər dağılıb. Ölkədə fövqəladə vəziyyət elan edilib. Bir çox avtomobil yollarında hərəkət iflic olub, hava limanları fəaliyyətini müvəqqəti dayandırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti