Zaqatalada ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 11 Avqust 2026 09:41 (UTC +04:00)
Zaqatalada ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 9-da Zaqatala rayonunun Muxax kəndinin girişində baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat daxil olub.

Bildirilib ki, avtomobillərin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Həsənov Laçın Qüdrət oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Əliyev İbadulla Əli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi üzrə istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti