“Məkkə Sazişi”nin İran əleyhinə olmasına hər hansı səbəb yoxdur – Bəqai

Dünya xəbərləri Materials 10 Avqust 2026 14:22 (UTC +04:00)
“Məkkə Sazişi”nin İran əleyhinə olmasına hər hansı səbəb yoxdur – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanan Məkkə Sazişinin İran əleyhinə olmasına hər hansı səbəb yoxdur.

Bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün (10 avqust) Tehranda keçirilən mətbuat konfransında deyib.

“Üç qonşu ölkə, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının İranla dini, tarixi və mədəniyyət bağları vardır. Buna əsasən Məkkə Sazişinin İran əleyhinə olmasından narahat olmağa səbəb yoxdur”, -deyə o qeyd edib.

Bəqai bildirib ki, İran, Türkiyə və Pakistan xalqları arasında dostluq keçmişi, qonşu və müsəlman ölkələr olaraq önəmlidir.

“Bu prosesdə önəmli nişanə budur ki, region ölkələri bəzi regiondan kənar oyunçuların iddialarına etimad edə bilməyəcəyi qənaətinə gəliblər. Belə ki, öz baxışları və bacarıqlarına arxalanaraq xarici müdaxilələrdən müstəqil şəkildə başqa bir metodu sınamaq istəyirlər”, -deyə o qeyd edib.

Xatırladaq ki, 2026-cı il avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Sazişi adlanan yeni üçtərəfli birgə müdafiə müqaviləsi imzalanıb. Sazişə əsasən, bu üç ölkədən hər hansı birinə qarşı edilən silahlı hücum bütün tərəflərə edilmiş hücum sayılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti