“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

İdman Materials 9 Avqust 2026 07:26 (UTC +04:00)
“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Bakı. Trend:

Türkiyənin "Qalatasaray" klubu rusiyalı futbolçu Aleksey Batrakovun transferi üçün Moskva "Lokomotiv"i ilə bütün şərtlərdə razılığa gəlib.

Bu barədə türkiyəli jurnalist Uğur Öztürk “X” sosial media hesabında yazıb.

Onun sözlərinə görə, İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün Rusiya klubuna bonuslar da daxil olmaqla 25 milyon avro təklif edib.

Artıq "Qalatasaray"ın prezidenti Dursun Özbekin də Batrakov üçün göndərilən təklifi təsdiqlədiyi bildirilib. Hazırda oyunçunun transferi ilə bağlı son danışıqlar aparılır.

Qeyd edək ki, “Lokomotiv”in yetirməsi olan Aleksey Batrakov Moskva təmsilçisinin əsas komandasında 81 oyun keçirib, 33 qol vurub və 23 məhsuldar ötürmə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti