Bakı. Trend:
Avropa İttifaqı (Aİ) 2025-ci il avqustun 8-də keçirilmiş tarixi Vaşinqton sammitindən sonra Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayıb.
Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“2025-ci il avqustun 8-də Ermənistan, Azərbaycan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş tarixi Vaşinqton sammitinin birinci ildönümünü qeyd edilir”, – deyə Aİ-nin bəyanatında bildirilir.
Aİ həmçinin o vaxtdan bəri sülh prosesinin daha da institusional xarakter alması və irəliləməsi istiqamətində atılan bir sıra müsbət və konstruktiv addımları alqışlayıb.
