Maliyyə Nazirliyi I yarımildə 68 hüquqi akt layihəsi hazırlayıb

İqtisadiyyat Materials 7 Avqust 2026 16:10 (UTC +04:00)
Maliyyə Nazirliyi I yarımildə 68 hüquqi akt layihəsi hazırlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk yarısında Azərbaycan Maliyyə Nazirliyi tərəfindən 68 hüquqi akt layihəsi hazırlanıb.

Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısı üzrə hesabatında bildirilib.

Məlumata əsasən, hesabat dövründə hazırlanmış hüquqi akt layihələrinin 41-i təsdiq edilib.

Hazırlanmış sənədlərin növlər üzrə bölgüsünə əsasən, onların 27-si Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı, 17-si Azərbaycan Respublikası Prezidentinin fərmanı, 12-si Nazirlər Kabinetinin qərarı, 10-u Azərbaycan Respublikasının qanunu, 2-si isə Maliyyə Nazirliyinin Kollegiyasının qərarı olub.

Hesabatda qeyd olunub ki, 2026-cı ilin yanvar–iyun aylarında Maliyyə Nazirliyinə digər dövlət qurumlarından 678 hüquqi akt layihəsi daxil olub. Bu layihələrdən 505-nə rəy verilib, 173-ü nazirliyin rəhbərliyi tərəfindən vizalanıb.

Bununla yanaşı, 2025-ci ildə hazırlanmış 12 hüquqi akt layihəsi cari ilin ilk yarısında qəbul edilib. Maliyyə Nazirliyi bildirib ki, görülən işlər normativ hüquqi bazanın təkmilləşdirilməsi və maliyyə idarəçiliyinin hüquqi təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların tərkib hissəsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti