Taylandda tapança ilə silahlanmış yeniyetmə 8 nəfəri qətlə yetirib

Dünya xəbərləri Materials 7 Avqust 2026 21:29 (UTC +04:00)
Taylandda tapança ilə silahlanmış yeniyetmə 8 nəfəri qətlə yetirib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Taylandda 14 yaşlı yeniyetmə əvvəlcə babasına məxsus tapança ilə nənə və babasını öldürüb, daha sonra isə Banqkok yaxınlığındakı təhsil aldığı liseyə gedərək orada üç şagird və üç müəllim olmaqla altı nəfəri qətlə yetirib.

Bu barədə Tayland polisi məlumat verib.

Hakimiyyət orqanlarının səhər saatlarında açıqladığı məlumata görə, hadisə nəticəsində 23 nəfər yaralanıb. Yaralıların vəziyyətinin ağırlıq dərəcəsi barədə məlumat verilməyib.

Rəsmi qurumlar yeniyetmənin da öldüyünü təsdiqləyiblər, lakin onun polis tərəfindən zərərsizləşdirildiyi, yoxsa intihar etdiyi barədə dəqiq məlumat açıqlanmayıb.

Taylandın baş naziri Anutin Çarnvirakul hadisə yerində bildirib ki, hücum aydın şəkildə əvvəlcədən planlaşdırılıb. Onun sözlərinə görə, polis şübhəlinin yaxın dostunu dindirib və o, yeniyetmənin məktəbdə ciddi psixoloji təzyiq altında olduğunu deyib.

Baş nazir baş verənləri "heç vaxt baş verməməli olan dəhşətli hadisə" adlandırıb və hökumətin məhz bu səbəbdən silah saxlamağa məhdudiyyətlər tətbiq etdiyini vurğulayıb.

Tayland Cənub-Şərqi Asiyada mülki əhali arasında silah sahibliyinin ən yüksək olduğu ölkələrdən biridir. Ölkədə təxminən 10 milyon odlu silahın dövriyyədə olduğu, yəni hər yeddi nəfərə bir silah düşdüyü təxmin edilir. Silah qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı siyasi vədlərə baxmayaraq, ölkədə silahlı hücumlar davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti