Bakı. Trend:
Argentinanın paytaxtında əcnəbilərin torpaq alması imkanlarını genişləndirən qanunvericilik dəyişikliklərinə qarşı keçirilən etiraz aksiyası zamanı azı 10 nəfər saxlanılıb.
Bu barədə "La Nación" qəzeti məlumat yayıb.
Minlərlə insanın iştirak etdiyi aksiya Konqres binasının qarşısında keçirilib. Aksiya başlayandan bir neçə saat sonra meydanda polis və etirazçılar arasında ilk toqquşmalar baş verib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşələr atıblar. Polis isə nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnaqlarından və rezin güllələrdən istifadə edib.
Qəzetin məlumatına görə, azı üç polis əməkdaşı baş nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bundan başqa, iki jurnalistin də, o cümlədən rezin güllələrdən yaralanaraq xəsarət aldığı bildirilir.