Tailandda məktəbdə atışma nəticəsində ölənlərin sayı 7-yə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 Avqust 2026 09:11 (UTC +04:00)
Tailandda məktəbdə atışma nəticəsində ölənlərin sayı 7-yə çatıb (YENİLƏNİB)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Tailandın Nontaburi əyalətində məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

TASS-ın məlumatına görə, hücuma məruz qalan 3 müəllim və 4 şagird həlak olub.

Yaralanan 15 nəfər xəstəxanalara yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

xxx
08:41

Tailandın paytaxtı Banqkokun şimalında yerləşən Nontaburi əyalətində məktəb ərazisində baş verən atışma nəticəsində 2 nəfər həlak olub, daha 20-dən çox insan yaralanıb.

Bu barədə "Khaosod" qəzeti məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində həlak olanlar iki müəllimdir. Yaralananlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım xidmətləri hadisə yerində işləyirlər. Yerli sakinlərə insidentin baş verdiyi əraziyə getməmələri tövsiyə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti