Bakı. Trend:
Jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Dəyişikliyə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Media və Yayım Şurası tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, buna qədər jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat idi
