Bakı. Trend:
Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Trend-in məlumatına görə, araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahə yanıb.
Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
