Ermənistan eyni vaxtda Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqının üzvü ola bilməz – Paşinyan

Dünya xəbərləri Materials 7 Avqust 2026 10:32 (UTC +04:00)
Ermənistan eyni vaxtda Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqının üzvü ola bilməz – Paşinyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqına (Aİ) eyni vaxtda üzvlüyün mümkün olmadığını anlayır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibli iclasında çıxışı zamanı deyib.

"Ermənistan Aİİ-yə üzv dörd dövlətin liderlərinin 29 may 2026-cı il tarixli bəyanatını nəzərə alıb. Həmin bəyanatda Ermənistanda ölkənin Aİİ-yə üzvlüyü məsələsi ilə bağlı referendumun keçirilməsinə dəstək ifadə olunub. Bildiyiniz kimi, 2025-ci ildə Ermənistanda respublikanın Avropa İttifaqına qoşulması prosesinin başlanmasına dair qanun qəbul edilib. Bu qanunun qəbul edilməsində strateji məqsəd ölkəmiz üçün alternativ yaratmaqdır. Biz anlayırıq ki, Aİİ və Aİ-yə eyni vaxtda üzvlük mümkün deyil. Lakin həmin qanunun qəbul edilməsi Ermənistanın hazırda Aİ-yə üzv olmaq imkanı əldə etdiyi anlamına gəlmir", - deyə Paşinyan bildirib.

Ermənistan parlamenti 26 mart 2025-ci ildə respublikanın Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun qəbul edib. Bununla yanaşı, Paşinyan bildirirdi ki, İrəvanın Aİİ-dən çıxmaq niyyəti yoxdur və mümkün olduğu müddətdə həm Aİİ-də üzvlüyü, həm də Aİ ilə inteqrasiya prosesini paralel şəkildə davam etdirməyi planlaşdırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti