Tramp Pentaqon rəhbərindən raket çatışmazlığı ilə bağlı izahat tələb edib

Dünya xəbərləri Materials 6 Avqust 2026 09:31 (UTC +04:00)
Tramp Pentaqon rəhbərindən raket çatışmazlığı ilə bağlı izahat tələb edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclasında ABŞ-nin müharibə naziri Pit Heqsetdən İranla münaqişə fonunda raket ehtiyatlarının tükənməsi ilə bağlı izahat tələb edib.

Bu barədə “The Washington Post” məlumatlı mənbələrinə istinadən xəbər yayıb.

Xəbərə görə, Tramp Heqsetdən "İrana qarşı hərbi imkanları məhdudlaşdırmaq təhlükəsi yaradan kəskin sursat çatışmazlığı barədə niyə yanlış məlumatlandırıldığını izah etməsini" tələb edib.

Mənbələr bildirib ki, Tramp sursatla bağlı problemin artıq həll olunduğunu düşünürdü.

Qəzetin həmsöhbətlərindən birinin sözlərinə görə, xüsusilə uzaqmənzilli idarəolunan raketlər və hava hücumlarından müdafiə sistemləri üçün (zenit-raket kompleksləri) tutucu raketlər üzrə sursat çatışmazlığı Trampın son günlər İrana qarşı əlavə genişmiqyaslı zərbələr endirməkdən imtina etməsinin əsas səbəblərindən biri olub.

Cümə axşamına keçən gecə Tramp bildirib ki, insan itkilərinin qarşısını almaq üçün hələ də İranla razılaşmanın əldə olunmasına üstünlük verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti