ABŞ və Ermənistan nümayəndələri TRIPP layihəsinin həyata keçirilməsini müzakirə ediblər

Dünya xəbərləri Materials 5 Avqust 2026 14:48 (UTC +04:00)
ABŞ və Ermənistan nümayəndələri TRIPP layihəsinin həyata keçirilməsini müzakirə ediblər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin xüsusi nümayəndəsinin baş müşaviri Ariye Laytstoun ilə görüş keçirib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər TRIPP layihəsinin həyata keçirilməsini müzakirə ediblər.

Görüşdə Transxəzər Müəssisələr Fondunun sədri Konstantin Sokolov da iştirak edib.

Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün regionun iqtisadi və nəqliyyat potensialının maksimum reallaşdırılması üçün yeni imkanlar yaratdığını vurğulayıblar.

Bundan əlavə, tərəflər sülhün daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın inkişafı və TRIPP layihəsi çərçivəsində təşəbbüslərin irəlilədilməsinə yönəlmiş mümkün addımları da nəzərdən keçiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti