İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 5 Avqust 2026 05:03 (UTC +04:00)
İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

İndoneziyanın şimalında, Maluku dənizində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Operativ məlumatlara əsasən, çərşənbə axşamı Moskva vaxtı ilə saat 23:17-də (yerli vaxtla çərşənbə günü saat 04:17-də) baş verən zəlzələnin episentri Ternate adasında yerləşən eyniadlı şəhərdən 135 kilometr şimal-qərbdə yerləşib.

Məlumata görə, episentrdə yeraltı təkanların intensivliyi "çox güclü" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 5,7 olaraq qiymətləndirib. Qurumun məlumatına əsasən, zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti

Xəbər lenti