ABŞ-də volfram və akkumlyator tullantılarının ixracı qadağan edilib

Dünya xəbərləri Materials 5 Avqust 2026 15:24 (UTC +04:00)
ABŞ-də volfram və akkumlyator tullantılarının ixracı qadağan edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerika Birləşmiş Ştatlarında volfram və akkumulyator tullantılarının o cümlədən akkumlyatorların emalı nəticəsində əldə olunan "qara kütlə"nin (black mass) ixracına bir il müddətinə qadağa qoyulub.

Bu barədə “Financial Times” qəzeti yazır.

Qərar ABŞ-nin Sənaye və Təhlükəsizlik Bürosu tərəfindən qəbul olunub. Yeni qaydalara əsasən, xüsusi icazə olmadan bu materiallar yalnız ABŞ-də fəaliyyət göstərən alıcılara satıla bilər.

Sursat istehsalında geniş istifadə olunan volfram qlobal silahlanmanın sürətlənməsi, beynəlxalq münaqişələr və Çinin tətbiq etdiyi ixrac məhdudiyyətləri səbəbindən getdikcə daha qıt resursa çevrilir. Nəticədə 2026-cı ildə volframın qiymətləri kəskin artıb. ABŞ-də fəaliyyət göstərən volfram mədənləri yoxdur. Ölkədə metal tullantılarının emalı müəssisələri fəaliyyət göstərsə də, ekspertlərin fikrincə, onların gücü bütün volfram tullantılarını tam həcmdə hazır məhsula çevirmək üçün kifayət etmir.

ABŞ-də "Qara kütlə" termini adətən litium, kobalt, nikel, manqan və qrafiti nəzərdə tutur. Lakin ABŞ-də bu materialın emalı üzrə istehsal gücləri məhduddur və xammalın böyük hissəsi emal üçün Asiyaya göndərilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti