ABŞ Hörmüz boğazı ilə bağlı İran və Omanla razılaşmaya yaxındır - KİV

Dünya xəbərləri Materials 5 Avqust 2026 07:28 (UTC +04:00)
ABŞ Hörmüz boğazı ilə bağlı İran və Omanla razılaşmaya yaxındır - KİV

Bakı. Trend:

ABŞ avqustun 5-də İran və Omanla Hörmüz boğazının açılması ilə bağlı müvəqqəti razılaşmaları elan etməyə hazırlaşır.

Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ, İran və Oman Hörmüz boğazının açılması ilə bağlı müvəqqəti razılaşmanın əldə olunmasına yaxındır və Vaşinqtonun bu barədə çərşənbə günü açıqlama verəcəyi gözlənilir.

Bildirilir ki, söhbət 60 günlük razılaşmadan gedir. Sənədə əsasən, Fars körfəzi istiqamətində hərəkət edən gəmilər Hörmüz boğazından keçərək İranın ərazi suları ilə, əks istiqamətdə isə Tehranla koordinasiya şəraitində Omanın ərazi suları vasitəsilə hərəkət edəcəklər. Razılaşma gəmilərin keçidi üçün hər hansı rüsumun tutulmasını nəzərdə tutmur.

Bildirilib ki, razılaşmanın müddəti 60 gündən sonra da uzadıla bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti