Bakı və Ağdaşın bu ərazilərində işıq olmayacaq

Cəmiyyət Materials 5 Avqust 2026 05:36 (UTC +04:00)
Bakı və Ağdaşın bu ərazilərində işıq olmayacaq

Bakı. Trend:

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 5-də paytaxtda Transformator Məntəqəsində (TM), Ağdaşda 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

Bununla bağlı "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, planlı fasilə saat 10:00-dan 13:00-dək Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Dəhnə kəndləri, Türyançay qəsəbəsi, eləcə də şəhər ərazisində 42-ci məhəlləni, saat 10:00-dan 14:00-dək Qoşaqovaq, Qolqəti, Şəkili kəndlərini əhatə edəcək.

Həmçinin bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov, Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Böyükşor qəsəbəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti