Fransada 400-dən çox meşə yanğını törədən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 5 Avqust 2026 03:53 (UTC +04:00)
Fransada 400-dən çox meşə yanğını törədən şəxs saxlanılıb

Bakı. Trend:

Fransada yay mövsümünün əvvəlindən bəri ölkədə baş verən meşə yanğınları ilə əlaqədar 402 nəfər saxlanılıb.

Bunu Fransanın daxili işlər naziri Loran Nunes mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, saxlanılanlar qəsdən və ya ehtiyatsızlıqdan yanğın törətməkdə şübhəli bilinirlər. Onların arasında 156 azyaşlı da var.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, yay mövsümünün əvvəlindən ölkədə 14 min yanğın hadisəsi qeydə alınıb, nəticədə 120 min hektar ərazi yanaraq məhv olub.

Hazırda ölkənin 16 departamentində isti hava ilə əlaqədar "narıncı" təhlükə səviyyəsi qüvvədədir. Meteoroloqların proqnozuna görə, yüksək temperatur cümə gününədək davam edəcək.

Var departamentində isə iki həftədir davam edən meşə yanğınının söndürülməsinə 1 000 yanğınsöndürən cəlb olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti