Sahibkarlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Cəmiyyət Materials 4 Avqust 2026 13:20 (UTC +04:00)
Sahibkarlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Trend-in məhkəmədəki xəbər verir ki, sahibkarlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Haxtari, Kamal Həsənov və Ələkbər Quliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi baş tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Kamal Həsənov 11 il, Elnur Haxtari 8 il 8 ay, Ələkbər Quliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ələkbər Quliyevin cəzası 2 sınaq müddəti olmaqla şərti hesab edilib.

Təqsirləndirlilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq) 178.3.2 (külli miqdarda dələduzluq) 213.1 (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti