Bakıda bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçirilir (FOTO)

İdman Materials 4 Avqust 2026 13:25 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçirilir (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

4–6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçirilir.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Çempionatda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Ocaq Sport” Klubunun Zabrat bölməsi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu və Zirəni təmsil edən ümumilikdə 50-yə yaxın gimnast iştirak edir. Yarışda gimnastlar yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə fərdi proqramda ölkə çempionu adı uğrunda mübarizə aparırlar.

Üç gün davam edəcək çempionatda iştirakçılar halqa, top, gürz və lent alətlərində, həmçinin çoxnövçülük üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər. Yarışın keçirilməsində əsas məqsəd gənc idmançıların yarış təcrübəsinin artırılması və bədii gimnastikanın inkişafına töhfə verməkdir.

Foto: Arif Quluzadə

Məqalədə:

Xəbər lenti

Xəbər lenti