Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər

Dünya xəbərləri Materials 4 Avqust 2026 11:57 (UTC +04:00)
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) orqanlarında səsvermə hüququndan məhrum edilməsi barədə qərarın qəbul edilməsi konsensus tələb edəcək.

Bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev deyib.

O bildirib ki, noyabrın 11-də Moskvada KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası keçiriləcək. Sessiyada dövlət başçılarının, ehtimal ki, Ermənistanın təşkilatdan çıxarılması məsələsini müzakirə edəcəyi gözlənilir.

"Belə bir qərarın qəbul edilməsinə ehtiyac yaranarsa, o, konsensus əsasında veriləcək", – deyə Vasilyev qeyd edib.

Daimi nümayəndə vurğulayıb ki, KTMT Nizamnaməsinin 25-ci maddəsində təşkilat qarşısında borc öhdəliklərinin iki il ərzində ödənilmədiyi halda həmin üzv dövlətin vətəndaşlarının kvota əsasında tutulan vəzifələrə irəli sürülməsi hüququnun, eləcə də təşkilatın orqanlarında səsvermə hüququnun dayandırılması imkanı nəzərdə tutulur.

Onun sözlərinə görə, Ermənistanla bağlı bu vəziyyət faktiki olaraq artıq iki ildən çoxdur ki, mövcuddur. Belə ki, İrəvan öz vətəndaşlarını Katibliyin kvota üzrə vəzifələrinə irəli sürmür, həmçinin nümayəndələrini KTMT-nin Birləşmiş Qərargahından geri çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti