Bakıda 110-a yaxın küçə və prospektdə genişmiqyaslı yol təmiri aparılır (FOTO)

Cəmiyyət Materials 3 Avqust 2026 19:39 (UTC +04:00)
Bakıda 110-a yaxın küçə və prospektdə genişmiqyaslı yol təmiri aparılır (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın bütün 12 inzibati rayonu üzrə ümumilikdə 110-a yaxın küçə və prospektdə təmir işləri həyata keçirilir.

Bu barədə AAYDA-nın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, genişmiqyaslı yol təmiri proqramı çərçivəsində 800 min kvadratmetrdən artıq yol örtüyünün yenilənməsi nəzərdə tutulur:

"Bu həcmdə və bu qədər geniş ərazini əhatə edən təmir işləri indiyədək Bakıda eyni vaxtda həyata keçirilməyib.

Hazırda proqram çərçivəsində 20-yə yaxın küçə və prospektdə təmir işləri tam başa çatdırılıb, daha 10-a yaxın yol sahəsində işlər davam etdirilir. Digər ünvanlarda isə təmir işləri mərhələli şəkildə aparılacaq".

"Təmir işlərinin yay mövsümündə həyata keçirilməsi də təsadüfi deyil. Təhsil müəssisələrində tətil dövrünün olması, eləcə də vətəndaşların əhəmiyyətli hissəsinin məhz bu aylarda məzuniyyətə çıxması səbəbindən şəhərdə nəqliyyatın hərəkət intensivliyi nisbətən azalır. Bu isə həm sürücülər üçün yaranan müvəqqəti narahatlığın minimuma endirilməsinə, həm də işlərin daha operativ və səmərəli şəkildə icrasına şərait yaradır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən genişmiqyaslı təmir proqramının əsas məqsədi yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, hərəkətin təhlükəsizliyinin artırılması və paytaxt sakinlərinin gündəlik gediş-gəlişinin daha rahat təmin edilməsidir", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti