İsveçrə humanitar minatəmizləmə sahəsində Azərbaycanı dəstəkləməyə hazırdır - İqnasio Kassis

Siyasət Materials 4 Avqust 2026 13:26 (UTC +04:00)
İsveçrə humanitar minatəmizləmə sahəsində Azərbaycanı dəstəkləməyə hazırdır - İqnasio Kassis
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrə humanitar minatəmizləmə sahəsində geniş təcrübəyə malikdir və bu istiqamətdə müxtəlif ölkələrə dəstək göstərir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla bu gün Bakıda keçirilən birgə brifinqdən sonra jurnalistlərin sualını cavablandırarkən deyib.

İ.Kassis bildirib ki, İsveçrə hərbi deyil, yalnız humanitar minatəmizləmə sahəsində fəaliyyət göstərir və bu, ölkənin neytrallıq siyasətindən irəli gəlir.

“Humanitar minatəmizləmə İsveçrə üçün çox mühüm istiqamətdir. Ukraynanın ərazilərinin minalardan təmizlənməsinə dəstək məqsədilə 100 milyon İsveçrə frankı ayırmışıq. Bu məbləğ təxminən 120 milyon ABŞ dollarına bərabərdir və bizi bu sahədə Ukraynanın üçüncü ən böyük donoruna çevirib”, – deyə o bildirib.

Nazir qeyd edib ki, bu, yalnız bir nümunədir və İsveçrə müharibələrin başa çatmasından 30-50 il sonra belə mina təhlükəsinin davam etdiyi bir çox ölkədə humanitar minatəmizləmə layihələrində iştirak edir.

“Mina təhlükəsi uzun illər qalır. Torpaqların yenidən kənd təsərrüfatında istifadə olunması, insanların təhlükəsiz yaşaması və uşaqların rahat oynaya bilməsi üçün minaların təmizlənməsi bəzən onilliklər tələb edir”, – deyə İ.Kassis vurğulayıb.

O əlavə edib ki, mina məsələsi ATƏT üçün də mühüm mövzulardan biridir. Bununla belə, hazırda ATƏT ilə Azərbaycan arasında bu sahədə həyata keçirilən konkret layihələr barədə dəqiq məlumat verə bilməyəcəyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti