İtaliyada iri itlər artıq təyyarə salonunda da səyahət edə biləcək

Dünya xəbərləri Materials 4 Avqust 2026 09:00 (UTC +04:00)
İtaliyada iri itlər artıq təyyarə salonunda da səyahət edə biləcək
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın "İTA Airways" aviaşirkətinin təqdim etdiyi "Large Pet Friendly" xidməti sayəsində artıq çəkisi 30 kiloqrama qədər olan itlər müəyyən daxili reyslərdə sahibləri ilə birlikdə sərnişin salonunda səyahət edə biləcəklər.

Məlumat "İTA Airways" aviaşirkəti tərəfindən "X" sosial şəbəkəsində paylaşılıb.

Bu, 2025-ci ildə İtaliyanın Mülki Aviasiya İdarəsi (ENAC) tərəfindən qaydaların yumşaldılmasından sonra ölkədə ilk belə təşəbbüsdür.

İndiyədək pişiklər və kiçik itlər adətən sərnişin salonunda səyahət edə bilsələr də, aviaşirkətlərin müəyyən etdiyi çəki limitini (adətən təxminən 10 kiloqram) aşan itlər yük bölməsində daşınırdı.

Bununla belə, yeni xidmət ciddi qaydalar çərçivəsində həyata keçiriləcək. Hazırda o, yalnız bəzi daxili reyslərə şamil edilir və rezervasiya uçuşdan ən azı dörd gün əvvəl müştəri xidmətləri vasitəsilə edilməlidir. Təyyarədə daşınacaq iri itlərin sayı da məhdud olacaq - hər reysdə maksimum iki iri it salona buraxılacaq: biri çəkisi 10-15 kiloqram, digəri isə 15-30 kiloqram arasında olan it.

İtlər təyyarə daxilində sərbəst hərəkət edə bilməyəcək. Onlar sahibinin yanında, bunun üçün ayrılmış xüsusi yerdə qalmalı və daşınma qaydalarına riayət etməlidirlər. Bundan əlavə, bütün təyyarələr belə sərnişinləri qəbul edə bilmədiyindən bu xidmət təyyarənin konfiqurasiyasından asılı olacaq.

"İTA Airways" bu istiqamətdə ilk addımını hələ 2024-cü ildə atmışdı. Həmin vaxt şirkət daxili reyslərdə sərnişin salonunda daşınmasına icazə verilən heyvanların maksimum çəkisini, daşıma çantası istisna olmaqla, 8 kiloqramdan 10 kiloqrama qaldırmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti