Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət Materials 4 Avqust 2026 17:29 (UTC +04:00)
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb.

Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin iyul ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 78 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

"Keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub. Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib", - məlumatda bildirilib.

Qeyd edilib ki, aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti