Gürcüstan çox sayda əcnəbini ölkədən deportasiya edib

Dünya xəbərləri Materials 4 Avqust 2026 14:05 (UTC +04:00)
Gürcüstan çox sayda əcnəbini ölkədən deportasiya edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 55 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.

Bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İraq, Pakistan, Rusiya, Sudan, Somali, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları yer alır.

Deportasiya olunan şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Qeyd edək ki, Gürcüstanda son vaxtlar qeyri-qanuni miqrasiyaya qarşı mübarizə gücləndirilib. Parlament miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və miqrantların axtarışı prosedurlarını sadələşdirib. Gürcüstan Daxili İşlər Nazirliyi hər ay onlarla əcnəbi vətəndaşın ölkədən çıxarıldığını açıqlayır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti