Mərkəzi Bank maliyyə sektoru üçün etik və peşəkar davranış kodeksini təsdiqləyib

İqtisadiyyat Materials 4 Avqust 2026 11:49 (UTC +04:00)
Mərkəzi Bank maliyyə sektoru üçün etik və peşəkar davranış kodeksini təsdiqləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Maliyyə sektorunda etik və peşəkar davranış Kodeksi” qəbul edilib.

Tənzimləyici qurumun məlumatına əsasən, kodeks “2024–2026-cı illər üçün Maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində maliyyə sektorunda peşəkarlığın artırılması və etik davranış standartlarının vahidləşdirilməsi məqsədilə hazırlanıb.

Bildirilib ki, kodeks maliyyə sektoru üzrə çalışan bütün peşəkarlar üçün vahid davranış çərçivəsi formalaşdıraraq etik prinsiplərə əməl edilməsində etibarlı istinad mənbəyi yaradır. Qeyd edilib ki, sənəd nəzarət subyektləri tərəfindən mövcud daxili kodekslərin təkmilləşdirilməsi, eyni zamanda yeni daxili kodekslərin yaradılması üçün institusional dəstək rolunu oynayır.

"Sənəddə 8 etik prinsip, 6 peşəkar davranış qaydası və onların tətbiqinin təmin edilməsi mexanizmi əks olunub. Kodeks peşəkarların müştərilərə, maliyyə sektoru və institutlarına, digər peşəkarlara, qanunvericiliyə, cəmiyyətə və ətraf mühitə qarşı davranış standartlarını müəyyənləşdirir və çoxşaxəli peşəkar məsuliyyət anlayışını gücləndirir.

Bu təşəbbüs maliyyə sektorunda vahid etik və peşəkar davranış standartlarının formalaşmasına, peşəkarların inkişafı üçün münbit və dayanıqlı mühitin qorunmasına, maliyyə sektorunun davamlı inkişafı və sabitliyinin təmininə, həmçinin istehlakçıların maliyyə sektoruna olan etimadının artırılmasına xidmət edir", - məlumatda qeyd edilib.

Kodeksi nəzərdən keçirmək üçün bu linkə daxil ola bilərsiniz:

https://uploads.cbar.az/assets/0692a776092ea3c7fd56e945a.pdf

Məqalədə:

Xəbər lenti

Xəbər lenti