Buzovnada 3 nəfər dənizdə batıb - 1 nəfərin axtarışları davam etdirilir

Hadisə Materials 3 Avqust 2026 11:38 (UTC +04:00)
Buzovnada 3 nəfər dənizdə batıb - 1 nəfərin axtarışları davam etdirilir
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Vətəndaş - 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti