Rüstəm Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub

Dünya xəbərləri Materials 3 Avqust 2026 15:50 (UTC +04:00)
Rüstəm Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski İqor Klimenkonun Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi, Rüstəm Umerovun isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilməsi barədə fərmanlar imzalayıb.

“İnterfaks-Ukrayna”nın məlumatına görə, bununla bağlı müvafiq olaraq 694/2026 və 695/2026 nömrəli fərmanlar bazar ertəsi ukraynalı dövlət başçısının rəsmi saytında dərc olunub.

Qedy edək ki, Rüstəm Umerov 2023–2025-ci illərdə Ukraynanın müdafiə naziri vəzifəsində çalışıb. Bundan sonra Zelenski onu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin etmişdi.

Bundan əvvəl Ukrayna KİV-ləri Zelenskinin Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək qərarına gəldiyini yazmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti