Bakı. Trend:
Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Hörmüz boğazı məsələsi ilə bağlı İranla qarşılıqlı anlaşmanın əldə olunduğuna dair təminat alıb.
Bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Onlar hesab edirlər ki, Hörmüz boğazı ilə bağlı razılığımız var”, – deyə Tramp bildirib.
Tramp əlavə edib ki, növbəti mərhələdə “mənim İranın nüvəsizləşdirilməsi adlandırdığım məsələni” həll etmək lazım gələcək.