ABŞ vətəndaşlarına Yaxın Şərqi tərk etməyi tövsiyə edib

Dünya xəbərləri Materials 1 Avqust 2026 14:45 (UTC +04:00)
ABŞ vətəndaşlarına Yaxın Şərqi tərk etməyi tövsiyə edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaxın Şərqdə davam edən gərginlik fonunda ABŞ-nin İordaniyadakı səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını daha ehtiyatlı olmağa və bölgəni tərk etmək imkanını nəzərdən keçirməyə çağırıb.

Diplomatik nümayəndəlikdən bildirilib ki, səyyahlar aviareyslərin ləğv edilə biləcəyinə, hava məkanının müvəqqəti bağlanmasına və nəqliyyatın fəaliyyətində fasilələrin yaranmasına hazır olmalıdırlar.

Yaxın Şərqdən kənarda olan ABŞ vətəndaşlarına isə bölgəyə səfər planlarını yenidən nəzərdən keçirmək, həmçinin hava limanları və aviaşirkətlərin yaydığı məlumatları diqqətlə izləmək tövsiyə olunub.

Səfirlik ABŞ ilə əlaqəli obyektlərə, o cümlədən diplomatik nümayəndəliklərə, şirkətlərə və digər təşkilatlara mümkün hücum riski barədə də xəbərdarlıq edib. Amerika tərəfinin qiymətləndirməsinə görə, İranın və onunla əlaqəli qruplaşmaların addımlarını öncədən proqnozlaşdırmaq çətindir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti