Bakı.Trend:
Amerikalı milyarder İlon Mask Avropa İttifaqı ölkələrində demoqrafik böhrana diqqət çəkərək Qərb ölkələrinin əhalisinin tədricən yox olmaq riski ilə üzləşdiyini bildirib.
Mask bu barədə sahib olduğu “X” sosial şəbəkəsindəki rəsmi hesabında yazıb.
"Avropa İttifaqının 27 ölkəsindən 21-də ölüm səviyyəsi doğum səviyyəsini üstələyir. Onlar (Qərb ölkələri) tədricən yox olmağa doğru gedirlər", – deyə o qeyd edib.
Mask bu fikirləri BMT-nin dünyanın ən böyük iqtisadiyyatlarında, o cümlədən Böyük Britaniya, Koreya Respublikası, Fransa, Almaniya, ABŞ və Yaponiyada doğum göstəricilərinə dair statistikasına əsasən bildirib. Statistikaya görə, həmin ölkələrdə doğum əmsalı 1950-ci ildən bəri davamlı olaraq azalır.
