Nabranda növbəti təmizlik aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 31 İyul 2026 19:17 (UTC +04:00)
Nabranda növbəti təmizlik aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Nabranın dənizkənarı ərazilərində növbəti təmizlik aksiyası keçirilib.

Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, ərazi icra nümayəndələri, bələdiyyə üzvləri və könüllü gənclər iştirak ediblər.

İməcilik zamanı iştirakçılar sahilboyu zolağı və istirahət məntəqələrinin ətrafını müxtəlif tullantılardan təmizləyərək ərazidə sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına töhfə veriblər.

Qeyd edək ki, Xaçmaz rayonunda ekoloji mədəniyyətin təbliği məqsədilə mütəmadi olaraq təmizlik aksiyaları keçirilir.

Xəbər lenti

Xəbər lenti