Bakı.Trend:
Afrikanın şimal sahilində yerləşən İspaniyanın Seuta muxtar
şəhərinə üzərək keçməyə çalışan zaman boğulan miqrantların sayı 41
nəfərə çatıb.
Bu barədə “El Pais” qəzeti polis mənbələrinə istinadən məlumat yayıb.
Bundan əvvəl 34 nəfərin həlak olduğu bildirilirdi.
Miqrasiya böhranı fonunda İspaniya hakimiyyəti yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə dəstək məqsədilə hərbçiləri cəlb etmək qərarına gəlib. İspaniyanın Baş naziri Pedro Sançes baş verənləri ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.
16:21
xxx
Son bir neçə gün ərzində İspaniyanın Seuta bölgəsinə Mərakeşdən 60 minə yaxın qanunsuz miqrant daxil olub. Bu rəqəm şəhər əhalisinin təxminən 70 faizinə bərabərdir.
RTVE-nin məlumatına görə, bu barədə şəhərin inzibati rəhbəri Xuan Xesus Vivas bildirib.
Afrikanın şimal sahilində yerləşən İspaniyanın muxtar Seuta şəhərinə üzərək çatmağa çalışarkən azı 34 miqrant dənizdə boğulub.
Bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, bir gün əvvəl Mərakeşdən minlərlə miqrant qanunsuz şəkildə İspaniyanın Şimali Afrikadakı eksklavı olan muxtar Seuta şəhərinə daxil olub. Seuta Avropa İttifaqının Afrika ilə quru sərhədinə malik iki xarici sərhəd məntəqəsindən biridir.
