Gürcüstana gələn turistlərin sayı azalıb

Dünya xəbərləri Materials 31 İyul 2026 05:19 (UTC +04:00)
Gürcüstana gələn turistlərin sayı azalıb

Bakı. Trend:

Cari ilin ikinci rübündə Gürcüstan ərazisinə 1,7 milyon beynəlxalq qeyri-rezident səyahətçi daxil olub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azdır.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə ölkəyə 1,2 milyon turist gəlib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azdır. Beynəlxalq ziyarətçilərin 81,5 faizi yalnız turistlər olub.

İlin ikinci rübündə səfərlər zamanı çəkilən xərclər 3 milyard lari təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azdır.

Xəbər lenti

Xəbər lenti