Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Hadisə Materials 30 İyul 2026 12:20 (UTC +04:00)
Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 29-da 10,6 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, iyulun 29-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,6 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bildirilib ki, aşkar edilən narkotik vasitələrin 6,6 kiloqrama yaxını marixuana, 4 kiloqramdan çoxu isə metamfetamin olub.

Məlumata görə, həmin gün narkotiklərlə əlaqəli 14 cinayət faktı müəyyən edilib.

Bundan başqa, iyulun 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 16 500 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin iyulun 29-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança və 3 tüfəng aşkar edilərək götürülüb. DİN tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və dövriyyədən çıxarılması istiqamətində əməliyyat və profilaktik tədbirlərin davam etdirildiyi bildirilib.

Qeyd edilib ki, iyulun 29-da ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub, cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb, axtarışda olan 87 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 77 nəfər tutularaq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti