Ərəb milyarder FIFA-nın prezidenti ola bilər

Dünya xəbərləri Materials 30 İyul 2026 11:37 (UTC +04:00)
Ərəb milyarder FIFA-nın prezidenti ola bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa futbol rəsmiləri Fransanın "Paris Sen-Jermen" (PSJ) klubunun prezidenti Nasser əl-Xəlaifinin Beynəlxalq Futbol Federasiyasına (FİFA) rəhbərlik vəzifəsinə namizədliyinin irəli sürülməsi imkanını nəzərdən keçirirlər.

Bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əl-Xəlaifinin namizədliyi ilə bağlı müzakirələr hələ 2026-cı il dünya çempionatı zamanı başlayıb. Adı açıqlanmayan avropalı rəsminin sözlərinə görə, xüsusilə FİFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini satmağı planlaşdırdığı barədə məlumatlar fonunda əl-Xəlaifinin namizədliyi üçün "bütün şərtlər yetişib".

Öz növbəsində, əl-Xəlaifinin nümayəndələri nəşrə bildiriblər ki, onun FİFA-da vəzifə tutmaqla bağlı "qətiyyən heç bir iddiası, niyyəti və ya marağı yoxdur".

Qeyd edək ki, bundan əvvəl “The Times” qəzeti yazmışdı ki, Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırır. Nəşrin məlumatına görə, bu sxem ona potensial olaraq on milyonlarla funt sterlinq gəlir gətirə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti