Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək

Cəmiyyət Materials 30 İyul 2026 17:57 (UTC +04:00)
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək.

Bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.

"Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək", - məlumatda bildirilib.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, akkreditasiya prosesinin əsas məqsədi ali təhsildə keyfiyyətin təmin edilməsi, tələbələrin hüquqlarının qorunması və ali təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasının təmin edilməsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti