İran Küveytdə Çinə məxsus obyektə zərbə endirib – Ölən var

Dünya xəbərləri Materials 30 İyul 2026 12:15 (UTC +04:00)
İran Küveytdə Çinə məxsus obyektə zərbə endirib – Ölən var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İranın Küveytin şimalında yerləşən Çin şirkətinə məxsus obyektə endirdiyi zərbə nəticəsində azı bir nəfər həlak olub.

Bu barədə əmirliyin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud əl-Atvan məlumat verib.

Qurum nümayəndəsinin açıqlamasında bildirilir ki, İran ölkənin şimalında yerləşən Çin şirkətlərindən birinə məxsus binaya zərbə endirib. Hücum nəticəsində bir işçi həlak olub, obyektə isə ciddi maddi ziyan dəyib.

Səud əl-Atvanın sözlərinə görə, səlahiyyətli qurumlar zərbənin nəticələrinin aradan qaldırılması istiqamətində dərhal işlərə başlayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti