Səudiyyəli nazir Yəmənlə bağlı ABŞ-yə müraciət edib

Dünya xəbərləri Materials 30 İyul 2026 14:51 (UTC +04:00)
Səudiyyəli nazir Yəmənlə bağlı ABŞ-yə müraciət edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Səudiyyə Ərəbistanı Krallığının müdafiə naziri şahzadə Xalid bin Salman Vaşinqtonda ABŞ-nin vitse-prezidenti Cey. Di. Venslə görüşərək ABŞ administrasiyasını Yəməndəki husilərə zərbə endirməməyə çağırıb.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, səudiyyəli nazir Yaxın Şərqdə münaqişənin daha da gərginləşdirilməməsinə çağırış edib.

Görüş ABŞ və Səudiyyə Ərəbistanının İraqa birgə endirdiyi zərbələr, eləcə də husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsi və Qırmızı dənizdə iki Səudiyyə tankerinə hücuma görə məsuliyyəti öz üzərlərinə götürmələri fonunda baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti