Bakı. Trend:
Kamil Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, o, Azərbaycanın Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Sərəncamla Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
