Unibank jurnalistlər üçün təlim təşkil edib (FOTO)

Cəmiyyət Materials 28 İyul 2026 17:07 (UTC +04:00)
Unibank jurnalistlər üçün təlim təşkil edib (FOTO)

Bakı. Trend:

Unibank 22 iyul — Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbir təşkil edib. Tədbirin əsas məqsədi jurnalistləri peşə bayramı münasibətilə təbrik etmək, media ilə əməkdaşlığı daha da gücləndirmək və peşəkar inkişaflarına dəstək olmaq olub.

Tədbirdə Unibank KB Müşahidə Şurasının üzvü, Müşahidə Şurası sədrinin müavini Faiq Hüseynov çıxış edərək jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, jurnalistikanın cəmiyyət üçün çox vacib sahə olduğunu, ictimai fikrin formalaşmasında, insanların məlumatlandırılmasında və maarifləndirilməsində medianın mühüm rol oynadığını vurğulayıb.

Tədbirin əsas hissəsində jurnalistlər üçün “İnsanları Anlamağın Gücü – Insights Discovery” mövzusunda 2 saatlıq interaktiv təlim keçirilib. Təlim insan davranışlarını və ünsiyyət tərzlərini daha yaxşı anlamağa kömək edən beynəlxalq inkişaf aləti olan Insights Discovery modeli əsasında təşkil olunub.

Təlim zamanı iştirakçılar Karl Yunqun psixologiyasına əsaslanan dörd rəng enerjisi ilə tanış olub, insanların fərqli davranış və qərarvermə tərzləri barədə məlumat əldə ediblər. Sessiya çərçivəsində jurnalistlər qısa özünüqiymətləndirmə vasitəsilə öz dominant ünsiyyət tərzlərini müəyyən edib, fərqli xarakterli insanlarla daha effektiv kommunikasiya qurmaq üçün praktik yanaşmalarla tanış olublar.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Unibank media ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı yüksək qiymətləndirir və jurnalistlərin peşəkar inkişafına dəstək göstərən bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.

Unibank — Sənin Bankın!

Xəbər lenti

Xəbər lenti