“Qəbələ” futbolçusunu Slovakiya klubuna satıb

İdman Materials 27 İyul 2026 21:47 (UTC +04:00)
“Qəbələ” futbolçusunu Slovakiya klubuna satıb

Bakı. Trend:

“Qəbələ” futbolçusu Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb.

Klubdan verilən məlumata görə, tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, 20 yaşlı vinger “Qəbələ”yə 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından cəlb olunub. O, “qırmızı-qaralar”ın heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Xəbər lenti

Xəbər lenti