Bakı.Trend:
Laçında 1,2 tondan artıq çətənə kolu məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayonun Hoçaz kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Polis əməkdaşları tərəfindən ümumi çəkisi 1 ton 200 kiloqram olan 782 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
