Fransanın Jirond departamentindəki yanğında 84 yanğınsondürən xəsarət alıb

Dünya xəbərləri Materials 27 İyul 2026 07:30 (UTC +04:00)
Fransanın Jirond departamentindəki yanğında 84 yanğınsondürən xəsarət alıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Jirond prefekturasının yaydığı son operativ məlumata əsasən, bazar günü günorta saatlarından etibarən daha doqquz yanğınsöndürən xəsarət alıb. Bununla da yanğın başlayandan bəri xəsarət alan yanğınsöndürənlərin sayı 84 nəfərə çatıb.

Dövlət qurumları bildiriblər ki, mülki əhali arasında həlak olan və ya xəsarət alan yoxdur.

Təxliyələrlə bağlı açıqlamada qeyd olunur ki, Ajen Sərgi Mərkəzində 1 500 yerlik qəbul mərkəzi fəaliyyətə başlayıb.

Prefekturanın məlumatına görə, bu mərkəz şənbədən bazara keçən gecə artıq yüzə yaxın insanı qəbul edib. Bildirilir ki, yanğın tam nəzarət altına alınmayana qədər təxliyə edilmiş yaşayış məntəqələrinin sakinələrinin evlərinə qayıtmasına icazə verilməyəcək.

Bundan əlavə, prefekturanın məlumatına əsasən, hazırda doqquz bələdiyyədə yerləşən ümumilikdə 12 qəbul mərkəzi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti